Modern.az

Ucarda "Qaz 31" belə yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR

Ucarda "Qaz 31" belə yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR

Hadisə

10 Yanvar 2025, 01:05

Ucarda minik avtomobili yanıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı- Qazax əsas magistral yolunun rayonun Qaracallı kəndindən keçən hissəsində baş verib.

 

Belə ki, Şakir Nəsib oğlu Yusifovun idarə etdiyi "Qaz-31" markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.

 

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

 

İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub.

 

Sizə yeni x var
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı