Modern.az

Zaqatalada 30 yaşlı qadın dəm qazından BOĞULUB

Zaqatalada 30 yaşlı qadın dəm qazından BOĞULUB

14 Yanvar 2025, 09:08

Zaqatalada zəhərlənmə faktı olub.

Modern.az xəbər verir ki, hadisə Yengiyan kəndində baş verib.

Kənd sakini, 30 yaşlı Asya Babayeva yaşadığı evin hamam otağında dəm qazından boğulub. Qadının ölüm səbəbini dəqiqləşdirmək məqsədi ilə meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə