Modern.az

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Hadisə

20 Yanvar 2025, 09:10

Daşkəsəndə 4 nəfər dəm qazından zəhərlənib.

Modern.az APA-ya istinadən məlumat verir ki, Daşkəsən rayon sakinləri - 1965-ci il təvəllüdlü Z.Alıyeva, 1990-cı il təvəllüdlü S.Alıyev, 1993-cü il təvəllüdlü C.Alıyev və 1999-cu il təvəllüdlü A.Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?