Modern.az

Salyanda partlayış: ata və oğlu YARALANDI

Salyanda partlayış: ata və oğlu YARALANDI

Hadisə

25 Yanvar 2025, 21:11

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

 

İlkin məlumata görə,“TIR”da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.

 

Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

 

Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?