Modern.az

Bakıda ağır qəza: 3 nəfər öldü, sürücü qaçdı

Bakıda ağır qəza: 3 nəfər öldü, sürücü qaçdı

Hadisə

5 Fevral 2025, 09:18

Bakıda ağır yol qəzası olub.

Modern.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.

Nəticədə "Saipa" markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.

"Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?