Modern.az

Şabranda minik və yük avtomobili toqquşdu - 2 ölü

Şabranda minik və yük avtomobili toqquşdu - 2 ölü

Hadisə

18 May 2025, 12:10

Şabranda rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə Bakı – Quba – Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, “Renault” markalı minik avtomobilinin və yük maşınının (TIR) toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb.

 

Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV