Modern.az

Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş

Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş

Hadisə

6 İyun 2025, 21:07

İyunun 5-i gecə saat 3 radələrində Qazaxda baş verən ağır yol-nəqliyyat hadisəsində dörd nəfər həlak olub.

Modern.az "Unikal"a istinadən xəbər verir ki, qəzada həyatını itirənlərdən biri - 2004-cü il təvəllüdlü Göyüş Fəxrəddin oğlu Nəbiyev şəhid Pərvin İsgəndərovun qardaşıdır.

Qeyd edək ki, P.İsgəndərov 2020-ci ilin Vətən müharibəsində oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.

Ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?