Modern.az

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

8 İyul 2025, 09:52

08.07.2025-ci il tarixində saat 00:10 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Modern.az-a bildirilib ki, ona döş qəfəsinin ön nahiyəsinin və sağ baldırın deşilmiş yarası diaqnozları təyin edilib.

Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

***

Gəncə sakini bıçaqlanıb.

Modern.az-ın məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü R.Xəlilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?