Modern.az

“28 Mall”da qadının çantası oğurlandı - 2 aylıq HƏBS

“28 Mall”da qadının çantası oğurlandı - 2 aylıq HƏBS

Hadisə

4 Avqust 2025, 11:24

“28 Mall” ticarət mərkəzinin 4-cü mərtəbəsində oğurluq hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, qadın çantasını masanın üzərinə qoyub və 2 dəqiqəlik masadan uzaqlaşıb.

Bu zaman onun çantası oğurlanıb. Çantada 15 manat pul, 70 manat dəyərində kometika, 20 manat dəyərində qulaqcıq qabı və 60 manat dəyərində cərəyan naqili olub.

Polis əvvəllər də bir neçə dəfə oxşar əmələ görə tutulan şəxsi saxlayıb.

O, bu dəfə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi (xırda talama) ilə təqsirli bilinib. Təqsirləndirilən şəxs iki ay müddətinə həbs edilib.

Elnur Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?