Modern.az

İki rayonda təbiətə 18 min ziyan vuruldu

İki rayonda təbiətə 18 min ziyan vuruldu

8 Avqust 2025, 22:21

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi və İmişli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Xidmətdən Modern.azİk-a verilən xəbərə görə, araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 18 min 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?