Modern.az

Şəmkirdə dönərdən zəhərlənənlərin sayı ARTDI - 14-ü azyaşlıdır

Şəmkirdə dönərdən zəhərlənənlərin sayı ARTDI - 14-ü azyaşlıdır

Hadisə

21 Avqust 2025, 10:50

Şəmkirdə zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 14-ü azyaşlıdır.

Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

***

23:59

Şəmkir rayonunda kütləvi zəhərlənmə baş verib.

Modern.az xəbər verir ki, 20-dən çox şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənmə dönərdən qaynaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı