Modern.az

Bakıda otel binasında yanğın

Bakıda otel binasında yanğın

Hadisə

23 Avqust 2025, 19:43

Bakıda üçmərtəbəli otel binasında yanğın olub.

 

FHN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Otel binasının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?