Modern.az

Ucarda iki qəza

Ucarda iki qəza

Hadisə

19 Sentyabr 2025, 21:30

Ucarda eyni vaxtda iki yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı–Qazax magistralının Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.

 

Birinci qəza zamanı Bakı istiqamətində hərəkətdə olan traktorla yük maşını toqquşub. Nəticədə traktor magistral yoldan çıxaraq yol kənarına aşıb. İdarəetməni itirən yük maşını isə beton arakəsməni dağıdaraq yolun əks istiqamətinə çıxıb.

 

Adı çəkilən ərazidə baş verən digər qəzada isə ağır tonnajlı avtomobillə mikroavtobus toqquşub.

 

Birinci qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 2 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?