Modern.az

Şəmkirdə cinayət: qadın öldürüldü, əri tutuldu

Şəmkirdə cinayət: qadın öldürüldü, əri tutuldu

Hadisə

6 Oktyabr 2025, 21:42

Şəmkirdə qətl hadisəsi baş verib.

Modern.az xəbər verir ki, rayon sakini 40 yaşlı R. Hacıyeva ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə tərəflər arasında boşanmaq üstündə olub. Belə ki, qətlə yetirilən 40 yaşlı R. Hacıyeva həyatı yoldaşı 54 yaşlı A. Hacıyevdən boşanmaq istəyib. Bundan sonra tərəflər aralarında münaqişə yaranıb və 54 yaşlı kişi arvadının boğazını kəsərək onu qətlə yetirib.

Hadisədən sonra qətli törədən şəxsin özünə xəsarət yetirdiyi bildirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 54 yaşlı rayon sakini Arif Hacıyev saxlanılıb.

Qeyd edək ki cütlüyün 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum