Modern.az

Polşada saxlanılan azərbaycanlı Bakıya gətiriləcək

Polşada saxlanılan azərbaycanlı Bakıya gətiriləcək

Hadisə

16 Mart 2026, 17:46

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Polşada müəyyən olunub.

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən məlumata verilib.

Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Sabunçu RPİ tərəfindən axtarışda olan Rüfət Abbadov İnterpol kanalları vasitəsilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ