Modern.az

Qubada maşınla vurulan piyada 4 gün sonra öldü

Qubada maşınla vurulan piyada 4 gün sonra öldü

Hadisə

7 Oktyabr 2025, 09:32

Qubada avtomobilin vurduğu piyada 4 gün sonra ölüb.

Modern.az xəbər verir ki, hadisə oktyabrı 2-də Mirzəməmmədkənd kəndində qeydə alınıb.

Əliyev Süleyman Hüseynqulu oğlu idarə etdiyi avtomobillə yolu keçən piyada Xəlilov Şıxseyid Şahbala oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Ş. Xəlilov ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır