Modern.az

İsmayıllıda çaqqal iki nəfəri yaraladı

İsmayıllıda çaqqal iki nəfəri yaraladı

Hadisə

7 Oktyabr 2025, 15:48

İsmayıllı rayonunun Aşıq Bayramlı kəndində çaqqal sakinlərə hücum edib.

Modern.az xəbər verir ki, nəticədə bir qadın və bir kişi xəsarət alıb.

Zərərçəkən Tofiq Babazadə hadisə barədə Baku TV-yə açıqlamasında bildirib ki, kənddə ilk dəfədir çaqqal insanlara hücum edib.

"Mənim 60 yaşım var, bu vaxta qədər belə şey görməmişəm. Səhər öz heyvanlarımı otlağa buraxırdım. Qapının ağzında idim, gözləmədiyim anda baldırımdan yapışdı. Əlimlə vurdum, o da qaçdı. Daha sonra həkimə getdim, vaksin vuruldu", - deyə kənd sakini söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!