Modern.az

Ağdaşda iki bacını maşın vurub öldürdü

Ağdaşda iki bacını maşın vurub öldürdü

Hadisə

7 Oktyabr 2025, 20:29

Ağdaşda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Əmirarx kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Mersedes” markalı minik maşını yolu keçən iki nəfəri vurub.

 

Hər ikisi qadın olan piyadalar aldıqları xəsarət nəticəsində həyatın itirib.

 

Məlumata görə, onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır.

 

Qeyd edək ki, qadınlar bacı olublar.

 

Faktla bağlı araşdırma aparılır. (Mənbə: qafqazinfo)

Sizə yeni x var
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!