Modern.az

İmişlidə ağır qəza - 1 ölü, 4 yaralı

İmişlidə ağır qəza - 1 ölü, 4 yaralı

Hadisə

9 Oktyabr 2025, 14:54

İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında ölən və xəsarət alanlar olub.

Modern.az xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarına aşıb.

Hadisə nəticəsində xəsarət alan 5 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, bir nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi