Modern.az

Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü

Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü

Hadisə

9 Oktyabr 2025, 21:10

Ötən gecə Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.

Modern.az-ın məlumatına görə, 36 yaşlı Calal Abdullayev tərəfindən bıçaqlanan qardaşı, 22 yaşlı Camal Abdullayev bu gün axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bıçaqlanma hadisəsi Liman şəhəri ərazisində baş verib. Qardaşlar arasında yaranan mübahisə zamanı böyük qardaş kiçik qardaşa kəsici-deşici alətlə xəsarət yetirib.

Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən C.Abdullayev polisə gələrək könüllü təslim olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi