Modern.az

Sərnişinləri təhlükəyə atan sürücü cəzalandırılacaq - VİDEO

Sərnişinləri təhlükəyə atan sürücü cəzalandırılacaq - VİDEO

Hadisə

11 Oktyabr 2025, 23:33

Səhər saatlarında Ziya Bünyadov prospektində avtobus sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atıb.

 

Modern.az xəbər verir ki, Koroğlu Mübadilə Mərkəzindən çıxan avtobus dairədən dönmək əvəzinə, birbaşa rezin dirəklərin üzərindən keçərək prospektə daxil olub və hərəkət istiqamətini dəyişmədən düz xətti pozaraq körpü üzərinə çıxıb.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, videogörüntü ilə bağlı araşdırma aparılır, sürücünün şəxsiyyəti müəyyən ediləcək və barəsində qanunamüvafiq tədbirlər görüləcək.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə məlumat verib ki, qayda pozan sürücünün işlədiyi daşıyıcı müəssisə müəyyən ediləcək və ona qarşı ölçü götürülməsi ilə bağlı göstəriş veriləcək.

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi