Modern.az

Mingəçevirdə zirzəmidən körpə TAPILDI

Mingəçevirdə zirzəmidən körpə TAPILDI

Hadisə

12 Oktyabr 2025, 13:21

Mingəçevirdə zirzəmidən körpə tapılıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.

 

Azyaşlı həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır.

 

Həmçinin, körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putin Paşinyanla mübahisə etdi