Oktyabrın 12-də saat 17 radələrində Bakı-Şamaxı yolunun 85-ci kilometrliyində “VAZ” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Modern.az-a bildirilib ki, hadisə zamanı “VAZ” markalı avtomobilin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
BDYPİ magistral yollarda qaydalara biganə yanaşmağın sonda ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxaracağını xatırladaraq, sürücüləri bir daha yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.