Modern.az

Nişan mərasimindən qayıdanlar qəzaya düşdülər

Nişan mərasimindən qayıdanlar qəzaya düşdülər

Hadisə

13 Oktyabr 2025, 10:44

Beyləqanda nişan mərasimindən dönənlər avtomobil qəzasına düşüblər.

Modern.az xəbər verir ki, xəbərə görə, hadisəsi rayonun Birinci Şahsevən kəndi ərazisində baş verib.

Qəza zamanı 1996-cı il təvəllüdlü Həşimov Elvin Bariz oğlu, onun qardaşı - 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu və 1999-cu il təvəllüdlü Səfərov Məhərrəm Elman oğlu ağır xəsarətlər alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəzaya düşənlər nişan mərasimindən qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır