Modern.az

Günəşdə güclü partlayış

Günəşdə güclü partlayış

Hadisə

15 Oktyabr 2025, 10:13

Günəşdə son dörd ayın ikinci ən güclü partlayışı baş verib. Alimlər oktyabrın 15-də Günəş alışmalarının güc baxımından pik həddə çatacağını gözləyirlər.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Müşahidələr göstərir ki, dünən proqnozlaşdırılan Günəş aktivliyinin əhəmiyyətli güclənməsi baş verir. Gözləntilərə uyğun olaraq, bu gün alışmaların gücü baxımından çoxaylıq maksimuma çatmaq mümkündür.”,deyə laboratoriyanın məlumatında deyilir.

Məlumata əsasən, son bir sutka ərzində günəşdə fon şüalanması dörd dəfə yüksələrək M səviyyəsinə yaxınlaşıb və alışmalar rentgen şüalanması axınları formalaşdırır.

Mütəxəssislər hesab edirlər ki, yay fəslinin əvvəlindən bəri ilk dəfə olaraq, partlayışların X səviyyəsinə çatması da mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ramiz Mehdiyevin arxasınca kimlər VURULACAQ? - ŞOK ADLAR