Modern.az

Xırdalanda 20 yaşlı gənci öldürən şəxs TUTULDU

Xırdalanda 20 yaşlı gənci öldürən şəxs TUTULDU

Hadisə

15 Oktyabr 2025, 12:04

Oktyabrın 15-də saat 3 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Sizə yeni x var
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu