Modern.az

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Hadisə

16 Oktyabr 2025, 16:44

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, qəza rayonun Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "Daewoo" markalı minik maşınlarının toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və 1990-cı il təvəllüdlü Nəcəfov İlqar İbadət oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu