Modern.az

Kəndə ayı hücum etdi: yaralı var

Kəndə ayı hücum etdi: yaralı var

Hadisə

16 Oktyabr 2025, 19:47

Qubada ayı təsərrüfata hücum edib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib.

 

Belə ki, rayonun Vladimirovka kənd sakini, 1989-cu il təvəllüdlü Azər İsgəndərov heyvanların saxlandığı təsərrüfatda olan zaman ayı oraya hücum edib.

 

Nəticədə A.İsgəndərov ayağından və bədənindən yaralanıb. Onu ayının pəncəsindən yaxınlıqda olan insanlar xilas ediblər. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Qeyd edək ki, son vaxtlar Qubada ayıların təsərrüfatlara hücum hadisələri artıb. (Mənbə,: oxu.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ