Modern.az

Göyçayda maşın kanala aşdı - Ölən var

Göyçayda maşın kanala aşdı - Ölən var

Hadisə

17 Oktyabr 2025, 12:56

Göyçayda minik avtomobili kanala aşıb, sürücü ölü tapılıb. Hadisə rayonun Dövranlı kəndində qeydə alınıb.

Modern.az xəbər verir ki, hərəkətdə olan minik maşını kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Kənd sakinləri kanaldan sürücü Talıbov Habil Məhəmmədəli oğlunun meyitini çıxarsalar da, avtomobil suda qalıb. Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün dəqiq səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ramiz Mehdiyevin şəbəkəsi İFŞA OLDU - Bunlarla çeviriliş edəcəkdi