Modern.az

Xocavənddə mina partladı - YARALI VAR

Xocavənddə mina partladı - YARALI VAR

Hadisə

20 Oktyabr 2025, 13:22

Xocavənd rayonunda mina hadisəsi baş verib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Məlumata görə, işğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində 2025-ci il 20 oktyabr tarixində mina hadisəsi baş verib.

Ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!