Modern.az

Astarada avtomobil dirəyə çırpıldı - Sürücü yaralandı

Astarada avtomobil dirəyə çırpıldı - Sürücü yaralandı

Hadisə

21 Oktyabr 2025, 09:32

Astarada avtomobil idarəetməni itirərək yol kənarında dirəyə çırpılıb.

Modern.az xəbər verir ki, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində baş verib. 

Belə ki, kənd sakini 2006-cı il təvəllüdlü Tahin Ramin oğlu Dadaşov idarə etdiyi "AzSamand" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı dirəyə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü T.Dadaşov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona sol çiyin qurşağının küt travması və bədəndə çoxsaylı sıyrıntılar diaqnozu qoyublar. Müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Sürücünün deməsinə görə o, hərəkətdə olarkən digər avtomobil ötmə əməliyyatını düzgün yerinə yetirməyib və "AzSamand"ı sıxışdırıb. 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin gizli əlaqələri - Xəyanət haradan başladı?