Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu ərazisində qeydə alınıb.
KIA və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə, 3 nəfər hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (Mənbə: oxu.az)