Modern.az

Tanınmış vəkilin evini qarət edən şəxs tutuldu - YENİLƏNİB

Tanınmış vəkilin evini qarət edən şəxs tutuldu - YENİLƏNİB

Hadisə

22 Oktyabr 2025, 22:24

Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.

Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlu saxlanılıb.

Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

10:20

Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.

Modern.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.

Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar:

"Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”.

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb: "İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı