Modern.az

Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü

Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü

Hadisə

22 Oktyabr 2025, 13:58

Suraxanıda yaşayış binasında yanğın olub, bir nəfər yanaraq ölüb.

Bu baradə Modern.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı