Modern.az

“Tarqovı”da dəhşətli qətl - 19 yaşlı oğlan ÖLDÜRÜLDÜ

“Tarqovı”da dəhşətli qətl - 19 yaşlı oğlan ÖLDÜRÜLDÜ

Hadisə

6 Noyabr 2025, 15:59

Bakının mərkəzində qətl törədilib.

Modern.az xəbər verir ki, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub.

Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. (Mənbə: qafqazinfo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı