Modern.az

İmişlidə ağır qəza - Ölən var

İmişlidə ağır qəza - Ölən var

Hadisə

10 Noyabr 2025, 18:36

İmişli rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə saat 16 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonundan keçən hissəsində qeydə alınıb. "Azsamand" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə zamanı bir nəfər ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib. Hadisə zamanı xəsarət alan bir nəfər isə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var