Modern.az

Balakəndə dəhşət - it kişini dişləyib öldürdü

Balakəndə dəhşət - it kişini dişləyib öldürdü

10 Noyabr 2025, 20:58

Balakənin Mahamalar kənd sakini nəzarətsiz qalan çoban itinin hücumu nəticəsində xəsarət alaraq ölüb.

 

Modern.az xəbər verir ki, Mahamalar kənd sakini 83 yaşlı Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən çoban iti ona hücum edib. Çoban itinə heç bir təzyiq göstərə bilməyən Məhəmməd Atayev ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

 

Yaxınlarının bildirdiyinə görə, çoban iti əvvəllər də mərhuma hücum çəkərək ona müxtəlif xəsarətlər yetiribmiş.

 

Hadisənin təfərrüatları araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada