Modern.az

Türkiyədə ard-arda 3 güclü ZƏLZƏLƏ

Türkiyədə ard-arda 3 güclü ZƏLZƏLƏ

Hadisə

13 Noyabr 2025, 07:50

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda maqnitudası 4-dən böyük ard-arda üç zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 07:16, 07:20 və 07:21-də qeydə alınıb. Onlardan ən güclüsü 4,7, digər ikisi isə 4,2 maqnitudada olub.

Zəlzələlərin episentri müvafiq olaraq 12,31, 7,89 və 7 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar ətraf şəhərlərdə də hiss olunub.

Sizə yeni x var
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR