Modern.az

"Azərsilah"ın zavodunda qəza - Bir nəfər öldü

"Azərsilah"ın zavodunda qəza - Bir nəfər öldü

Hadisə

14 Noyabr 2025, 15:22

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş vermişdir.

Modern.az Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olmuşdur.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!