Modern.az

Gəncədə 17 yaşlı oğlanı avtomobillə qəsdən vurub öldürdü

Gəncədə 17 yaşlı oğlanı avtomobillə qəsdən vurub öldürdü

Hadisə

15 Noyabr 2025, 11:22

Gəncədə piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 17 yaşlı Ə.Qurbanovu vurub.

O, xəstəxanaya aparılarkən yolda vəfat edib. Hadisə ilə bağlı araşdırma aparılır.

İlkin məlumata görə, qəza qəsdən törədilib.

Belə ki, 2008-ci il təvəllüdlü Ə.Qurbanov “VAZ 2107”nin sürücüsü, Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ə.Fərzəliyevlə mübahisə edib. Mübahisədən sonra o, sürücünün ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib. Ə.Qurbanov hadisə yerindən uzaqlaşsa da, Ə.Fərzəliyevin avtomobillə onu qəsdən vurduğu bildirilir.

Ağır xəsarət alan Ə.Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub.

Məlumata görə, Ə.Qurbanov hadisə baş verən gün Ə.Fərzəliyevin avtomobilini qaçırıbmış.

Hadisədən sonra sürücü polisə təslim olub. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. (Mənbə APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!