Modern.az

Bakıda 15 yaşlı yeniyetmə öldürüldü - Tutulanın da yaşı azdır

Bakıda 15 yaşlı yeniyetmə öldürüldü - Tutulanın da yaşı azdır

Hadisə

17 Noyabr 2025, 22:38

Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində qətl hadisəsi olub.

Modern.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib:

“2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb”.

Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!