Modern.az

Qoyunu qamçı ilə döyən çoban cəzalandırıldı

Qoyunu qamçı ilə döyən çoban cəzalandırıldı

Hadisə

22 Noyabr 2025, 14:50

Samuxda heyvanla rəhmsiz davranan şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Modern.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində heyvanla rəhimsiz davranan şəxsin Samux rayon sakini V. Bayramquliyev olması müəyyən edilib.

Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə Samuxda çobanın bir qoyunu qamçı ilə döyməsini əks etdirən görüntülər yayılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?