Modern.az

Naxçıvanda 2 maşın toqquşdu - 4 yaralı var

Naxçıvanda 2 maşın toqquşdu - 4 yaralı var

Hadisə

22 Noyabr 2025, 19:20

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Babək rayonunun Badaşqan və Yarımca kəndlərinin kəsişməsində qeydə alınıb. "VAZ 2107" markalı avtomobillə "KIA" markalı avtomobil toqquşub. Qəza nəticəsində ana Əliyeva Nuriyyə Ağası qızı və övladları - Əliyeva Mələk Sevindik qızı, Əliyeva Fatma Sevindik qızı və Əliyev İlham Sevindik oğlu xəsarət alıblar.

 

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada