Modern.az

Faciələrə görə fərdi məsuliyyət var - bəs dövlət qurumlarının rolu?

Faciələrə görə fərdi məsuliyyət var - bəs dövlət qurumlarının rolu?

Hadisə

24 Noyabr 2025, 15:44

Son dörd gün ərzində paytaxt Bakı və ona bitişik Biləcəri qəsəbəsi ard-arda baş verən ağır bədbəxt hadisələr cəmiyyətdə müzakirələrə səbəb olub. Cəmi bir neçə günün içində yanğınlar, partlayış və elektrik vurması nəticəsində ümumilikdə 7 nəfər həyatını itirib, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda bütün hadisələrlə bağlı istintaq davam edir. Məsuliyyətə cəlb edilən şəxslər var.

Lakin cəmiyyəti narahat edən əsas məqam başqa sualın ətrafında cəmlənir: bu qədər ağır qəzaların ardıcıl şəkildə baş verməsi individual səhlənkarlıqdan ibarətdirmi, yoxsa nəzarət mexanizmlərində sistemli boşluqlar var?

Yanğın təhlükəsizliyi, tikinti normaları, kommunal şəbəkələr, əməyin mühafizəsi - bu sahələrin hər biri üzrə dövlət qurumları fəaliyyət göstərir. Bəs bu qurumlar öz üzərlərinə düşən nəzarəti yerinə yetiriblərmi? Əgər indiyə qədər fərdi məsuliyyət müəyyənləşibsə, o halda institusional məsuliyyət kimlərin üzərinə düşür?

Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Hikmət Məmmədov bildirib ki, mövcud vəziyyətlə bağlı hər hansı fikir yürütmək tezdir: “Hal-hazırda aidiyyəti dövlət qurumlarını və səlahiyyətli şəxsləri də ittiham etmək düzgün olmazdı. Kimin xətası və ya cinayəti olması haqda yalnız istintaq bitəndən sonra, hüquqi nəticə hasil olandan sonra yanaşma mümkündür”.   

Hüquqşünas Adəm Məmmədov isə qeyd edib ki, hadisələr hər hansı şəxsin hərəkətliliyi və ya hərəkətsizliyi nəticəsində baş veribsə, bu, sübuta yetirilməlidir:

“İnzibati və cinayət məsuliyyəti yalnız bundan sonra yarana bilər”.

Cavid Zahidoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı