Modern.az

Lənkəranda qəza - 2 qardaş yaralandı

Lənkəranda qəza - 2 qardaş yaralandı

Hadisə

25 Noyabr 2025, 10:12

Lənkəranda idarəetməni itirən sürücü qəza törədib.

Modern.az xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhərinin Heydər Əliyev prospektində baş verib. Lənkəran şəhər sakini, 29 yaşlı Zahid Abbaszadə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi  əvvəlcə qaz borusuna, daha sonra isə binalara gedən yolda, yol kənarında hərəkətsiz dayanan  Bakı şəhər sakini Fikrət Əhədova məxsus “Mercedes-Benz” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib.

Qəza nəticəsində sürücü və onun sərnişin qismində olan qardaşı 29 yaşlı Rahib Abbaszadə xəsarət alıblar. Hər iki yaralı Təcili Tibbi Yardım avtomobili vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın müvafiq şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!