Modern.az

Goranboyda yaşayış binası söküləcək 

Goranboyda yaşayış binası söküləcək 

Hadisə

27 Noyabr 2025, 00:10

Goranboy şəhərində bloku çökən qəzalı yaşayış binası ilə yanaşı daha bir bina söküləcək.

 

Modern.az xəbər verir ki, Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı beşmərtəbəli yaşayış binasının yaxınlığındakı digər binada da qəza riski müəyyən edilib. Bu səbəbdən həmin binadakı sakinlərin də növbəti günlərdə oradan köçürülməsinə qərar verilib.

 

Xatırladaq ki, bir neçə gün öncə Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 2 mənzilin döşəməsi çöküb. Bu axşam saatlarında isə blok tamam uçub. İlk hadisə zamanı 4 nəfər xəsarət alıb, zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Bina sakinləri daha əvvəl təxliyə olunduğundan bu gün axşam baş verən hadisə zamanı xəsarət alan olmayıb. (Mənbə: report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ