İmişlidə zəncirvari qəza olub.
Modern.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində baş verib.
Qəza zamanı “Toyota”, “Mercedes” və “Hyundai” markalı 3 avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan 3 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.