Bu gün saat 16:17 radələrində “BakuBus” MMC-nin istismarında olan, Gəncə şəhərində 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 77-JZ-618 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə Mirzə Şəfi Vazeh küçəsi 15 ünvanında yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb.
Məlumata görə, avtobus sərnişinlərin minib-düşməsi zamanı dayanacaqda olarkən digər nəqliyyat vasitəsi avtobusun arxa hissəsinə çırpılıb.
“Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır. “BakuBus” olaraq digər yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq”, - deyə açıqlama qeyd olunur.