Modern.az

İlqar Məmmədov əməliyyat olundu

İlqar Məmmədov əməliyyat olundu

Hadisə

28 Noyabr 2025, 16:55

REAL Partiyasının keçmiş sədri İlqar Məmmədov əməliyyat olunub.

Modern.az-ın məlumatına görə, bu barədə onun özü bildirib.

"Dünən bir gözümdən əməliyyat olundum. Torlu qişanın qopması səbəbilə. Bu gün artıq evdəyəm, amma bir müddət ekrana tək gözlə çox da baxa bilməyəcəm. Həm də müalicə-bərpanı davam etdirirəm...
Görmənin təxminən 3 həftəyə qayıdacağını deyirlər", - İ.Məmmədov deyib.

İlqar Məmmədov 2009-cu ildə Respublikaçı Alternativ Partiyasının (REAL) sədri seçilib. Onun partiya sədrliyindən istefası 12 sentyabr 2024-cü ildə qəbul olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu