Modern.az

Binəqədidəki yanğın söndürüldü

Binəqədidəki yanğın söndürüldü

Hadisə

28 Noyabr 2025, 17:40

Bakının Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın söndürülüb.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

***16:28

Bakıda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu